AZ

Gürcüstana məhkəməsi Əfqan Sadıqovun şikayətini təmin etməyib

Noyabrın 15-də Tbilisi Şəhər Məhkəməsi Azərbaycanın Azel.Tv saytının rəhbəri Əfqan Sadıqovun Gürcüstanda siyasi sığınacaq  almaq müraciətinə imtina cavabı ilə bağlı şikayətinə mahiyyəti üzrə baxıb.

Jurnalist həyat yoldaşı  Sevinc Sadıqova Turan-a bildirib ki, 56-cı gündür aclıq aksiyası keçirən jurnalist məhkəməyə  əlil arabasında gətirilib.

O, məhkəmədə bildirib ki, hakimiyyəti tənqid etdiyinə görə cəzalandırılması üçün Azərbaycanda ona qarşı qondarma ittihamlarla cinayət işi açılıb.

Müdafiə tərəfi onu da qeyd edib ki, Ə.Sadıqov Azərbaycanda artıq iki dəfə siyasi məhbus taleyini yaşayıb və onu  yenə də ədalətsiz mühakimə gözləyir.

Məhkəməyə müdafiə tərəfinin mövqeyini təsdiq edən beynəlxalq təşkilatların bəyanatları təqdim olunub.

Lakin məhkəmə şikayəti təmin etməyib.

S.Sadıqova məhkəmənin qərarını “siyasi” hesab edir.

Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.

S.Sadıqova qeyd edib ki, Ə.Sadıqov səhhətinin ağır olmasına baxmayaraq, aclıq aksiyasını davam etdirmək niyyətindədir.

“Əfqanın başına nəsə gələrsə, bu, buna baiskar Azərbaycan və Gürcüstan hakimiyyətləri olacaq”, - S.Sadıqova bildirib.

* Əfqan Sadıqov təqibdən ehtiyat edərək, 2023-cü ilin dekabrında ailəsilə birlikdə Gürcüstana gedib. İyulda  onu Gürcüstandan Türkiyəyə buraxmayıblar və deyiblər ki, ancaq Azərbaycana qayıda bilər.

Avqustda Azərbaycanın sorğusu əsasında Əfqan Sadıqov həbs edilib. Bakıda onu hədə yoluyla tələb etməkdə ittiham edirlər və ekstradisiyasını tələb edirlər. O, həbsinə və ona sığınacaq verilməməsinə etiraz olaraq sentyabrın 21-dən aclıq edir.Oktyabrın 8-də aclıq nəticəsində vəziyyəti pisləşib və onu  həbsxana xəstəxanasına köçürüblər.

Seçilən
44
turan.az

1Mənbələr