AZ

Polşada rekord nəticə

Polşanın Pila şəhərində start götürən 23 yaşadək cüdoçular arasında Avropa çempionatının ilk günü Azərbaycan yığması üçün uğurlu olub.

İdman.biz xəbər verir ki, 2 qızıl, 1 gümüş və 1 bürünc qazanan millimiz rekorda imza atıb.

Komandamız Avropa çempionatlarında qazandığı ən yüksək nəticəsini yaxşılaşdırıb. Cüdoçularımız iki il əvvəl Sarayevoda (Bosniya və Hersoqovina) keçirilən turnirdə bir qızıl və iki gümüş qazanmışdı.

Qeyd edək ki, yarışın ilk günündə Hüseyn Allahyarov (60 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Aydan Vəliyeva (52 kq) gümüş, Rüfət Şövlətov (73 kq) isə bürünc qazanıb.

İdman.biz

Seçilən
44
idman.biz

1Mənbələr