AZ

80 manatlıq təqaüd bu qədər artacaq – DETALLAR AÇIQLANDI

Ölkəmizdə 2019-cu ildə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib və onun aylıq məbləği 80 manat müəyyən olunub.

Bu günlərdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müharibə veteranlarına verilən təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib. Jurnalistlərə açıqlamasında nazir deyib ki, hazırda sosial paket müzakirə mərhələsindədir.

Qarabağ müharibəsi iştirakçılarının müavinətinin artırılması mümkündürmü? Ölkəmizin iqtisadi nəzərə alaraq bu proses ən qısa zamanda reallaşa bilərmi? Mövzu ilə bağlı Real partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli  Referans.az-a açıqlamasında bildirib ki, Qarabağ qazilərinin, müharibə veteranlarının aylıq müavinətləri artıq uzun müddətdir ki, müzakirə obyektidir. Həqiqətən də bir çox hallarda 80 manatlıq ödəniş insanları qane etmir. Natiq Cəfərli onu da bildirib ki, Maliyyə nazirliyinin 2025-ci il üçün təqdim etdiyi büdcə paketində müəyyən sosial artımlar nəzərdə tutulub. Eyni zamanda müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı Prezidentin də tapşırıqları var.

Çox güman ki, dekabrda büdcə parlamentdə müzakirəyə çıxarılacaq. Yalnız bu zaman büdcədən maliyyə ayrılmaları ilə müavinətlərin artım gözlənilir. Bununla belə iqtisadçı ekspert onu da deyib ki, hazırkı vəziyyətdə 80 manatlıq ödənişlərin birdən-birə kəskin şəkildə artırılması real görünmür.

Konkret olaraq bu ödənişlərlə bağlı 25 faiz artım ola bilər. Bu isə 100 manat məbləğ deməkdir. Təbii ki, bu məbləğin daha artıq olması da yaxşı olardı.

“Hazırda parametrlərdə görünən vəziyyət ondan ibarətdir ki, təqribən müavinətlərin və təqaüdlərin 25 faiz dərəcəsində artırılması planlaşdırılır”,- deyə Natiq Cəfərli qeyd edib.

Seçilən
17
1
medianews.az

2Mənbələr