Abxaziya prezidenti Aslan Bjaniya etirazçıların təşəbbüs qrupu ilə görüş zamanı postunu tərk etmək təklifi ilə razılaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bjania "respublika prezidenti" olaraq, indiki vitse-prezident Badru Qunbanı təyin etməyi təklif edib. Lakin etirazçılar bununla razılaşmayaraq bütün “prezident” komandasının, o cümlədən vitse-prezident və Abxaziyanın baş nazirinin istefasını tələb ediblər.
Müxalifət növbədənkənar prezident seçkiləri keçirilməzdən əvvəl “respublika rəhbəri” vəzifələrinin “parlamentin spikeri” Laşa Aşuba həvalə edilməsini təklif edib.
Qeyd edək ki, Abxaziyada bir qrup etirazçı parlament binasını ələ keçiriblər. Müxalifət Abxaziyanın “prezidentinə” istefa tələbini çatdırmış və o, bu barədə düşünməyə vaxt istəmişdi.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta