AZ

“Qazprom” Aİ ölkəsinə qaz tədarükünü dayandıracaq

"Qazprom Export” Avstriyanın OMV-ni noyabrın 16-dan etibarən qaz təchizatının dayandırılması barədə xəbərdar edib. Bu barədə xarici şirkət  Mərkəzi Avropa Qaz Qovşağının (CEGH) saytında məlumat yayıb.

"OMV Gas Marketing & Trading GmbH (OGMT) Gazprom Export-dan indicə Qazprom Export-un Avstriyaya tədarük müqaviləsi çərçivəsində təbii qaz tədarükünü dayandıracağı və beləliklə, 0%-ə endirəcəyi barədə məlumat aldı  ”, - məlumatda bildirilir.

Çatdırılmalar 16 noyabr 2024-cü il Mərkəzi Avropa vaxtı ilə saat 06:00-dan  dayandırılacaq.

Noyabrın 14-də OMV "Qazprom Export” ilə müqavilə münasibətlərinin pisləşməsi səbəbindən Rusiya Federasiyasından qaz nəqlinin mümkün dayandırılması barədə xəbərdarlıq edib.
 
Bundan əvvəl şirkət Rusiya dövlət korporasiyasının törəmə müəssisəsinə qarşı arbitraj məhkəməsində 230 milyon avro tələbi qazandığını açıqlamışdı.


Noyabr ayında Avstriya şirkəti bu qərardan Rusiya Federasiyasının Ali Məhkəməsinə şikayət  edib.
 
Aytac

www.anews.az
Seçilən
60
anews.az

1Mənbələr