AZ

Rusiyanın 1.9 milyard avro vəsaitinə əl qoyuldu - Ukraynaya verilir!

Avropa İttifaqı 2025-ci ilin yazında Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi mənfəətdən Ukraynaya 1,9 milyard avro məbləğində ikinci tranşı ayırmaq niyyətindədir.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə deyib: "İkinci tranş birincidən daha böyük olacaq - 1,9 milyard avro gələn il - 2025-ci ilin mart-aprel aylarında ayrılacaq".

Diplomat həmçinin qeyd edib ki, Aİ Ukraynaya 1 milyon mərmi verməklə bağlı verdiyi vədi demək olar ki, yerinə yetirib: “Biz demək olar ki, 1 milyon mərmi təmin etmişik: 98 faizi artıq çatdırılıb”.

Bundan əlavə, onun sözlərinə görə, Aİ qışın sonuna qədər 75 minə qədər ukraynalı əsgərə təlim keçmək niyyətindədi: “Bizim missiyamız artıq 65 min ukraynalıya təlim keçib”.

Oktyabrın sonunda Avropa İttifaqı Ukraynaya 35 milyard avro məbləğində makromaliyyə yardımının ayrılmasını təsdiqləyən qətnamələr paketini qəbul etdi ki, bu da Yeddilik qrupunun ümumi dəyəri 45 milyard avro olan kredit paketinin bir hissəsi olmalıdır. Kreditlərin qaytarılması 45 il müddətinə nəzərdə tutulub və AK tərəfindən dondurulmuş Rusiya aktivlərinin Aİ-də yenidən investisiya edilməsindən əldə olunan gəlirlər hesabına həyata keçirilməlidir. Aİ-də bloklanan aktivlərin həcmi, AK-yə görə, təxminən 220 milyard avrodur.

Ümumilikdə, G7 ölkələrində və Avropa İttifaqında, eləcə də Avstraliyada Ukraynada hərbi əməliyyatların başlamasından sonra təxminən 280 milyard dollar dəyərində aktivlər bloklanıb. Bundan 260 milyard avro - vəsaitin böyük hissəsi Belçika maliyyə qurumu olan Euroclear qrupunun sərəncamındadır.

 

Musavat.com

Seçilən
73
21
musavat.com

10Mənbələr