G7 ölkələri 2024-cü ilin sonuna kimi Ukraynaya 50 milyard dollar kreditin köçürülməsinə başlanacağını gözləyirlər.
Musavat.com xəbər verir ki, bu, G7 nazirlərinin İtaliyada keçirilən görüşünün nəticələrinə dair bəyanatda əksini tapıb: “Məqsədimiz ilin sonunadək vəsaitlərin ayrılmasına başlamaqdır”.
Xatırladaq 2024-cü ilin oktyabrında G7 liderləri Ukraynaya 50 milyard dollarlıq kreditin təfərrüatları ilə bağlı razılığa gəldiklərini açıqlayan birgə bəyanat qəbul ediblər. Bu zaman Ukraynaya ABŞ 20 milyard dollar, G7 və Aİ isə birlikdə 30 milyard dollar ayırmalıdır. Kredit üçün zəmanət rolunu Rusiya aktivlərindən əldə olunan gəlirlər təşkil edəcək.
Bundan əlavə, G7 ölkələri 2025-ci ildə Ukraynanı dəstəkləməyi öhdələrinə götürüblə, onu xüsusilə maliyyə və sursatla təmin etmək niyyətindədirlər. Bunu ABŞ dövlət katibi Entoni Blinken nazirlərin görüşündən sonra keçirilən mətbuat konfransında deyib: “Bu gün G7 tərəfdaşlarımız həqiqətən görünməmiş tərəfdaşlığı davam etdirərək, 2025-ci ilin əvvəlində və bütün il ərzində Ukraynaya güclü dəstək göstərməyi öhdələrinə götürdülər. Biz Ukraynanın 2025-ci ildə effektiv hərbi əməliyyatlar apara bilməsi üçün pul, sursat və səfərbər edilmiş qüvvələrə malik olmasını təmin etməkdə qərarlıyıq”.
Blinken həmçinin əlavə edib ki, Vaşinqton Ukraynaya hərbi yardımı artırmağa davam edir, onun müdafiəsini gücləndirməyə və Rusiyanın atdığı addımlara cavab verməyə kömək edir.
Musavat.com