AZ

İmkansızı bacaran baş məşqçilər - SİYAHI

Futbol bir idman növü olduğu qədər, həm də strategiya və taktikaların mübarizə apardığı yarışdır. Bu yarışda isə əsas söz sahibi məhz komandaların sükanı arxasında olan baş məşqçilərdir. Bir çox baş məşqçilər uğur qazanmağın yolunu güclü futbolçular və sistemli heyətlərin olmasında görsə də, bəzi bunlar olmadan belə kuboklar əldə etməyi bacarır.

News24.az Yenisabah.az-a istinadla məhdud büdcələr və orta səviyyəli futbolçularla çox böyük uğurlar qazanmış mütəxəssisləri oxuculara təqdim edir:

Otto Rehagel – Yunanıstan milli komandası

Yunanıstan milli komandasının heyətində qurduğu güclü müdafiə sistemi ilə italyanları belə qısqandıran Otto Rehagel 2004-cü ildə keçirilən Avropa çempionatında kuboku qazanmağı bacarıb. Alman baş məşqçi final görüşündə turnirin ev sahibi Portuqaliya seçməsini məğlub edib. Bu sürpriz nəticə yunanların futbol tarixində qazandığı ən böyük uğurdur. 

Klaudiyo Raniyeri – “Lester Siti”

2014-2015-ci il mövsümündə əsas liqada qalmaq uğrunda mübarizə aparan “Lester Siti”nin baş məşqçisi təyin olunan Klaudiyo Raniyeri növbəti ilin sonunda klubu İngiltərə Premiyer Liqasının qalibi edib. “Tülkülər” mövsümün yekununda ən yaxın izləyiciləri olan “Arsenal”ı 10 xal qabaqlamağı bacardılar. 

Ərtoğrul Sağlam – “Bursaspor”

Hazırda dərin maliyyə böhranı keçirən və Türkiyə 3-cü liqasında çıxış edən “Bursaspor” klubu 2009-2010-cu il mövsümündə Superliqa çempionu olaraq, bütün proqnozları alt-üst etməyi bacarmışdı. Baş məşqçi Ərtuğrul Sağlamın qurduğu gənc və dinamik heyət, son tura qədər “Fənərbaxça” ilə çempionluq mübarizəsi apararaq, İstanbul nəhənginin önündə tarixinin ilk və tək çempionluğunu əldə etdi. 

Seçilən
58
news24.az

1Mənbələr