"Yuventus" klubu fransalı yarımmüdafiəçi Pol Poqba ilə müqaviləyə xitam verib.
Fanat.Az xəbər verir ki, Turin nəhəngi qərarını rəsmən elan edib.
Klub futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
2023-cü ilin sentyabrında Pol antidopinq qaydalarını pozduğuna görə futboldan uzaqlaşdırılmışdı. Bununla belə, fransalı yarımmüdafiəçi gələn ilin martında yenidən meydana qayıda biləcək. Poqbanın "Yuve" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulmuşdu.
Fransa millisinin sabiq futbolçusu ilə Səudiyyə Ərəbistanı, eləcə də İngiltərə və bir neçə başqa ölkə təmsilçisi maraqlanır. Ona MLS-dən də maraq var.
Mirağa