AZ

Kamran Əliyev rusiyalı həmkarı görüşdü

Azərbaycanın baş prokuroru Kamran Əliyev rusiyalı həmkarı İqor Krasnov ilə görüşüb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, görüşdə Krasnov azərbaycanlı həmkarlarını ətraf mühitin mühafizəsi sahəsində nəzarət və hüquq-mühafizə orqanlarının səylərini birləşdirməyə çağırıb.

Onun sözlərinə görə, Rusiya Azərbaycan prokurorluğunun iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının işini aktivləşdirmək təşəbbüsünü alqışlayır və bununla bağlı Bakıda keçirilən COP29 iqlim konfransının əhəmiyyətini qeyd edir.

“Şübhə etmirəm ki, prokurorluq orqanlarının potensialı bu məsələnin həlli üçün lazımlı olacaq”, - Rusiyanın baş prokuroru deyib.

O, nümunə kimi Xəzər regionu ölkələri arasında ekoloji təhlükəsizlik üzrə əməkdaşlığı göstərib.


Müəllif: Teleqraf.com
Seçilən
53
11
teleqraf.com

10Mənbələr