AZ

"Azneft" barəsində protokol tərtib edildi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatındadır.

 

Qeyd: İstehsalat Birliyinin qanuni təmsilçisi Əli Qurban oğlu Qurbanovdur.

 

Xəyal Quliyev

Tarix: 16 Noyabr 2024, 08:04   
Seçilən
60
pravda.az

1Mənbələr