AZ

Rusiya sanksiyalara cavab olaraq ABŞ-yə uran ixracını məhdudlaşdırıb

Rusiya hökuməti zənginləşdirilmiş uranın ABŞ-yə ixracına müvəqqəti məhdudiyyətlər qoyub.

“Report” xəbər verir ki, bu barədə müvafiq qərarın imzalanmasından sonra Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zənginləşdirilmiş uranın ABŞ-yə və ya bu ölkənin yurisdiksiyasında qeydiyyatdan keçmiş şəxslərlə bağlanmış xarici ticarət müqavilələrinə əsasən ixracından gedir. Yalnız Rusiya Federal Texniki və İxrac Nəzarəti Xidməti tərəfindən verilmiş birdəfəlik lisenziyalar əsasında təchizatlara istisna tətbiq olunacaq.

Zənginləşdirilmiş uranın ABŞ-yə ixracının məhdudlaşdırılması barədə qərar Amerika tərəfinin 2024-cü ildən 2027-ci ilə qədər olan dövr üçün tətbiq etdiyi və 2028-ci ildən bu cür tədarüklərə tam qadağa qoyulmasını nəzərdə tutan sanksiyalara cavab olaraq qəbul edilib.

Rusiya KİV yazıb ki, “Rosatom” dövlət korporasiyası 2023-cü il üçün uran ixracının dəqiq həcmlərini açıqlamayıb.

2023-cü ildə Rusiyada uran hasilatı 2,7 min ton təşkil edib. “Rosatom”un həmçinin Qazaxıstanda istehsal gücləri də var.

“Trading Economics” nəşrinin məlumatına görə, uranın qiyməti oktyabrda bir funt üçün 83 ABŞ dollarına qədər qalxaraq son iki ayın ən yüksək həddinə çatıb. Bu, ötən qışda uranın dəyərinin bir funt üçün 105 dollara çatmala tarixi rekodra imza atmasından sonra müşahidə olunan qiymət enişləri fonunda baş verir.

Seçilən
31
29
azpolitika.info

10Mənbələr