AZ

“İllərdir məni təkləyirlər” - Damla

Müğənni Damla ilk dəfə efirlərə tək çıxmasının səbəbini açıqlayıb.

Ölkə.az olay-a istinadən yazır ki, bu barədə o, “Günə bax” verilişində danışıb. İfaçı bildirib ki, efirə o, tək çıxmaq istəməyib, bunun əksi olub:

“Mövzu mənəmsə, mütləq danışacaqlar. Hollivuddan gələn stilist də məni geyindirsə, yenə müzakirə olunacaq. Onda da söyləcəklər ki, o, səni geyindirdi, guya, nə oldu ki?  Həmişə efirlərdə tək görünmək istəyirəm, heç kəslə salam-sağoldan başqa əlaqəm, dostluğum yoxdur. Səkkiz aya yaxındır ki, efirlərdə yoxam. Sənətə yeni gəldiyim dövrlərdə dəvət alırdım. Verilişə gedirdim, deyirdilər ki, filan müğənni ilə siz olacaqsınız. Gedirdim, o müğənni deyirdi ki, onunla efirə çıxmıram, o biri də deyirdi, o olan yerdə mən yoxam. Gedirdilər, mən tək qalırdım. Bütün efiri mənimlə bərabər aparıcı idarə edirdi. Növbəti həftə digər efirdə də bu hadisə yaşanırdı. İnsanların arasında belə bir söhbət yayılmışdı ki, qız yekəxanadır, efirə tək çıxmır.

Seçilən
29
2
olke.az

3Mənbələr