AZ

Ona qeyri-etik ifadələr işlədən şəxsi bıçaqlayanla bağlıQƏRAR

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İlkin Bünyatovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 14 noyabr 2023-cü il tarixdə, saat 01 radələrində metronun “20 Yanvar” stansiyasi yaxınlığında qeydə alınıb.

 

Belə ki, İlkin Bünyatov zərərçəkmiş Ayaz Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin ona yaxınlaşaraq ünvanına qeyri-etik ifadələr işlətməsi olub. Bu zaman İlkin üzərindəki bıçağı çıxarıb Ayazın bədən nahiyəsindən qəsdən bir dəfə vuraraq ona xəsarət yetirib.

 

Hadisədən sonra o, özü polisə təslim olub. 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Bünyatov 7 il 6 müddətinə azadlıqdan məhrum edilib. 

 

Kamal Məmmədov

Tarix: 16 Noyabr 2024, 08:53   
Seçilən
55
pravda.az

1Mənbələr