AZ

“PAŞA Bank” COP29-da “İdarəetmənin rəqəmsal transformasiya ilə formalaşdırılması: Maliyyə sektorundakı qlobal trendlər” panelini keçirir

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”COP29 çərçivəsində iqlim dəyişiklikləri, dayanıqlı iqtisadi inkişafvə bu sahədəki digər çağırışlara dair müzakirələrdə fəal iştirakedir.

Bu gün, 16 noyabrda, Bank Yaşıl Zonada “İdarəetmənin rəqəmsaltransformasiya ilə formalaşdırılması: Maliyyə sektorundakı qlobaltrendlər” adlı panel müzakirəsini keçirir.

Iqtisadiyyat Nazirliyinin müşaviri Rauf Nəcəfli, “PAŞA Bank”ıntəhlükəsizlik blokunun baş direktoru Vasif Qasımov, “KapitalBank”ın ödənişlər sistemləri ofisinin lideri Zakir Xanməmmədov,“PwC” şirkətinin Avrasiya üzrə texnologiya direktoru Fərid Qattal,“Visa” şirkətinin Mərkəzi Avropa, Yaxın Şərq və Afrika bölgəsindərisk praktikası üzrə rəhbəri Aşiş Vadva kimi aparıcı ekspertləribir araya gətirəcək paneldə maliyyə sektorunda idarəetməstrukturlarının yenidən formalaşdırılması, şəffaflığın artırılması,tənzimləmə və risk idarəetməsindəki qlobal trendlər əsas müzakirəmövzularıdır.

Panelçilər rəqəmsal innovasiya və ESG (ətraf mühit, sosial vəidarəetmə) məqsədləri, rəqəmsal transformasiya və dayanıqlıinkişaf, məlumat idarəetməsi və ESG uyğunluğu, rəqəmsal ödənişlərindayanıqlılığı və müştəri təhlükəsizliyi, rəqəmsal transformasiyanınrisk idarəetməsində rolu barədə dəyərli fikirlərini təqdimedəcəklər.

Müzakirə panelini izləmək istəyənlər 11:00-da Yaşıl Zonadayerləşən D42 pavilyonuna dəvət olunurlar.

Seçilən
27
3
az.trend.az

4Mənbələr