AZ

"Putinin şantajına boyun əyməyəcəyik" - Daha bir ölkə Rusiya qazından imtina edib

Daha bir ölkə Rusiya qazından imtina edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avstriya hökumətinın başçısı Karl Nehammer açıqlama verib.

Baş nazir qeyd edib ki, ölkənin bir il ərzində kifayət qədər təbii qaz ehtiyatı var: "Rusiya prezidenti Vladimir Putinin bizə qazla şantajına imkan verməyəcəyik. Əmin ola bilərsiniz ki, bu qış heç kim soyuqdan donmayacaq. Hər evdə istilik olacaq. Heç kəs belə problemlə qarşılaşmayacaq. Ehtiyat tədbirləri görülüb. Qaz anbarlarımız artıqlaması ilə doludur. Bu səbəbdən bu gündən Rusiya qazının alışını dayandırdıq. Deyim ki, bizim digər mənbələrdən də kifayət qədər qaz almaq imkanlarımız var".

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
34
1
mia.az

2Mənbələr