Almaniya kansleri Olaf Şoltsun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını təşkil etmək üçün həftələrlə hazırlıq aparıldığı bildirilib.
Tribunainfo.az xəbər verir ki, Der Spiegel-in məlumatına görə, bu danışıq təşəbbüsü Şoltsdan gəlib və bu prosesdə bütün addımlar ABŞ, Böyük Britaniya, Fransa və Yeddilər Qrupunun digər tərəfdaşları ilə sıx şəkildə razılaşdırılıb.
Musavat.com yazır ki, Der Spiegel-in verdiyi məlumata əsasən, danışıq bir saat davam edib. Şolts və Putin arasında bu söhbət hazırkı qlobal məsələlər və beynəlxalq münasibətlərin gələcək perspektivləri haqqında müzakirələrə şərait yaradıb.
Musavat.com