AZ

Ukrayna Xersonda elit xüsusi təyinatlılarını itirib?

Ukrayna Silahlı Qüvvələrinin (VSU) Xerson vilayətindəki Kinburn və Tendrovskaya şitlərinə eniş cəhdləri onlara elit xüsusi təyinatlıların itkisi bahasına başa gəlib. Bu barədə regionun "qubernatoru" Vladimir Saldo Rusiya mediasına müsahibəsində bildirib.

O, qeyd edib ki, son vaxtlar Dnepr çayını keçmək və Xerson vilayətində quruya çıxmaq üçün genişmiqyaslı cəhdlər olmayıb.

"Ukrayna Silahlı Qüvvələri Kinburn və Tendrovslaya üzərindən mənasız təbliğat əməliyyatlarında öz elit xüsusi təyinatlılarını itirəndə onsuz da özünü pis formada "yandırmışdı", - Saldo deyib. O, bu hadisənin Ukrayna hərbçilərinin növbəti hücumlarının qarşısını ala biləcəyini bildirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
34
news365.az

1Mənbələr