AZ

Yaşıl Zonada "Sabahın liderləri: COP29-da gənclərin rəsmi dialoqu" tədbiri baş tutub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) altıncı günü Yaşıl Zonada növbəti tədbir baş tutub.
Oxu.Az xəbər verir ki, "Sabahın liderləri: COP29-da gənclərin rəsmi dialoqu" tədbirinin məqsədi müxtəlif ölkələrdən olan gənc nümayəndə heyətlərini bir araya gətirmək, gənclər-iqlim gündəliyi üzrə milli səviyyədə ən yaxşı təcrübələri paylaşmaqdır.
Dünyanın müxtəlif ölkələrindən tədbirə qatılan gənclər BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) gündəliyi ilə bağlı təqdimatlar və qısa məlumatlar paylaşıblar.
Qeyd olunub ki, bu interaktiv tədbir gənc liderlərə bir-biriləri ilə ən yaxşı təcrübələri və rəsmi gənclər siyasətini paylaşmaq imkanı yaradır. Belə ki, gənc nümayəndələr arasında birbaşa dialoqun təşviqi yeni nəsil liderlərin regional və qlobal səviyyədə iqlim dəyişikliyinə qarşı birgə səylərini gücləndirməyi hədəfləyir.
Tədbirə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf də qatılıb.
Şəhriyar Səmədov
Seçilən
17
50
oxu.az

10Mənbələr