AZ

Mertsdən POPULİST AÇIQLAMA: Almaniya-Rusiya münasibətləri necə olacaq?

Xristian Demokrat İttifaqının lideri Fridrix Mertsin Rusiya və Ukrayna müharibəsi ilə bağlı söylədiyi fikirlər diqqət çəkib.

Merts Putinə Ukraynadakı müharibəni 24 saat ərzində dayandırmadığı təqdirdə Almaniyanın Ukraynaya Taurus raketlərini göndərəcəyini və bu raketlərin Rusiya ərazisinə də zərbə endirilməsinə icazə verəcəyi ilə bağlı ultimatum verib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, bu, müxalifət liderinin populist açıqlamasıdır və biz Almaniya dövlətinin hazırda seçki ab-havasını seyr etməkdəyik.

Z.Məmmədov diqqətə çatdırıb ki, Almaniya kansleri Oolf Şoltzun Azərbayacana səfəri gözlənilsə də, orada olan hökumət krizi və böhranı buna imkan verməyib.

Zaur Məmmədov, politoloq

Bir neçə ay sonra Almaniyada yeni seçkilərin keçiriləcəyini söyləyən politoloqun fikrincə, bu və ya digər açıqlamaların olacağı gözləniləndir.

Müsahibimizin sözlərinə görə, biz gələn ildən etibarən Almaniya və Rusiya arasında münasibətlərin tədricən nizama salınacağını da görə bilərik:

“Trampın hakimiyyətə gəlməsindən sonra həm ABŞ-nin Rusiya-Ukrayna münasibətinə yanaşması, həm də Avropa İttifaqının Rusiya və Ukrayna arasındakı münaqişəyə yanaşmasında dəyişikliklər olacaq, yeni yanaşmalara şahidlik edəcəyik”.

Z.Məmmədov vurğulayıb ki, bu kontekstdə Almaniyada həm iqtisadi məsələlərlə bağlı, həm siyasi-hərbi məsələlərlə bağlı müxtəlif siyasi partiyalar arasında fikir ayrılığı var:

“Ümumi götürdükdə biz məhz Almaniyanın deyil, ABŞ vasitəsilə Rusiya və Ukrayna arasındakı vəziyyətin nizama salınacağına şahidlik edə bilərik”.

Mina Mikayılova

Seçilən
14
bakivaxti.az

1Mənbələr