AZ

Ombudsman COP29-da təşkil olunmuş yan tədbirdə iştirak etdi - FOTOLAR

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Milli QHT Forumu və Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) tərəfindən təşkil olunmuş “Afrikada Qlobal Uyğunlaşma Məqsədinin inklüzivliyini və onun həyata keçirilməsini təşviq etmək üçün İnsan Haqları Çərçivələrindən istifadə” mövzusunda yan tədbirdə iştirak edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Ombudsman tədbirdə çıxışı zamanı milli insan hüquqları institutlarının regional şəbəkələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Müvəkkil iqlim dəyişmələri təsirlərinin azaldılması təşəbbüslərinə insan hüquqları perspektivindən yanaşmaların tətbiqi və bu sahədə regional və qlobal əməkdaşlığın gücləndirilməsi istiqamətlərində birgə fəaliyyətin həyata keçirilməsi təklifləri ilə çıxış edib.

Seçilən
29
bakivaxti.az

1Mənbələr