AZ

Birdəfəlik plastik qabların digər növlərinin də istifadəsinə məhdudiyyətlər nəzərdə tutulur

Azərbaycanda birdəfəlik plastik qabların digər növlərinin də istifadəsinə məhdudiyyətlər nəzərdə tutulur...

Poliqon xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov COP29 çərçivəsində gündəliyə salınmış BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanan Azərbaycanın “Ətraf mühit üzrə fəaliyyətin icmalı” (EPR) hesabatının təqdimatında deyib.

O vurğulayıb ki, bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna dəyişiklik edilməsi nəzərdə tutulur:

"Bundan öncə polietilen torbalardan, plastik paketlərdən istifadənin qadağan edilməsi ilə bağlı addım atılıb. Növbəti mərhələdə isə plastik su qabları ilə bağlı məhdudiyyətlərin də bura əlavə edilməsi nəzərdə tutulur. Sorğular göstərir ki, plastik torbalar ödənişli olduqdan sonra onlardan istifadə 70 faizə qədər azalıb. Bütün bunlar tullantıların idarə olunması istiqamətində atılan addımların miqyasının genişləndirilməsinə xidmət edir".

Poliqon.info

Seçilən
22
2
poliqon.info

3Mənbələr