AZ

Çin rəqəmsal və “yaşıl” sənaye inteqrasiyalı ekosisteminin yaradılması üzərində işləyir

Bakı. Trend:

Çin rəqəmsal və “yaşıl” sənaye inteqrasiyalı ekosistemininyaradılması üzərində işləyir.

Trend xəbər verir ki, bunuÇin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin (MIIT)enerji qənaəti və resurslardan istifadə üzrə baş direktor müaviniDin Çjiczyun “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada deyib.

“Rəqəmsal və “yaşıl” transformasiya qlobal inkişafın vacibmövzularına çevrilib, çünki bu iki istiqamət bir-birinə inteqrasiyaolunaraq qarşılıqlı inkişafı təşviq edir.

Əvvəlki gün Çin istehsalı olan yeni enerji ilə işləyən ağıllıavtomobillərin illik istehsalı 10 milyon ədədi keçdi ki, bu daqlobal “yaşıl” transformasiya prosesinə Çinin töhfəsidir.

Hazırda rəqəmsal və “yaşıl” transformasiya iki əsas trendəçevrilib və onların yolları kəsişir. Bu, bütün dünya ölkələrindənbirləşərək, irəliləməyi və heç kəsin geridə qalmamasını təminetməyi tələb edən qlobal internet icması tərəfindən qəbul olunmuşbir konsensusa çevrilib.

Gələcəkdə daha yaxşı nəticələr əldə etmək üçün biz növbətimərhələdə rəqəmsal və “yaşıl” transformasiyanın inteqrasiyasınıaşağıdakı istiqamətlərdə irəlilədəcəyik. Birincisi, rəqəmsalsənayenin “yaşıl” və aşağı karbonlu inkişafı təşviq ediləcək.İkincisi, rəqəmsal texnologiyaların şaquli sahələrdə “yaşıl”transformasiya təsiri artırılacaq. Üçüncüsü, rəqəmsal və “yaşıl”sənaye inteqrasiyalı ekosistemi yaradılacaq”, - deyə ovurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
50
az.trend.az

1Mənbələr