AZ

Şoltsun Putinə zənginin təfərrüatları yayıldı: Bayden, Makron Berlində olarkən...

Almaniya kansleri Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinə zəngi Qərb liderləri və Ukrayna prezidenti Vladimir Zelenski ilə razılaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.

“Putin və Şolts arasındakı söhbət həm də tərəfdaşlarla razılaşdırılıb... ABŞ prezidenti Co Bayden , Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makron oktyabrın 18-də Berlində olarkən”, - nəşr yazır.

Qəzetin yazdığına görə, Zelenskiyə də görüş barədə məlumat verilib. Nəşr qeyd edir ki, danışıqlar zamanı Şolts Rusiya liderindən ABŞ-da prezident seçkiləri fonunda danışıqlara hazır olub-olmadığını öyrənmək niyyətində olub.

Nəşr onu da yazır ki, söhbət zamanı Putin Almaniya kanslerinin almanca çıxışını tərcüməçisiz dinləyib. Rusiya prezidenti də öz növbəsində rusca danışıb və buna görə də Şolts tərcüməçinin xidmətindən istifadə edib.

Seçilən
28
publika.az

1Mənbələr