AZ

Türkiyə-Qətər: Münasibətlərdə yeni dövr

Türkiyə-Qətər münasibətləri yeni dövrə qədəm qoyur.

“Cebheinfo.az” “Yeni Şafak”a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə keçirilən yüksək səviyyəli görüşdə Ankara və Doha arasında ikitərəfli münasibətlərin inkişafına yönələn bir sıra mühüm sənədlər imzalanıb. 

İki liderin sədrliyi ilə Ankarada prezident kompleksində Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 10-cu iclası keçirilib.

Görüşdən sonra imzalanma mərasimi keçirilib.

Qeyd edək ki, Türkiyə ilə Qətər arasında humanitar yardım, arxiv sənədlərin birgə araşdırılması, media və kommunikasiya, gənclər və idman, nəqliyyat, ticarət, texniki və hərbi sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi ilə bağlı səkkiz sənəd imzalnıb. 

Seçilən
21
cebheinfo.az

1Mənbələr