AZ

COP29-da etiraf etməliyik ki, təxminən 733 milyon insan...

COP29 beynəlxalq konfransında təmsil olunan insanların sayının çox olması dünya birliyinin iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə sadiqliyini nümayiş etdirir.

Publika.az xəbər verir ki, bunu Tanzaniya parlamentinin üzvü, Parlamentlərarası İttifaqın (IPU) prezidenti Tuliya Ekson COP29 çərçivəsində keçirilən Parlament Görüşündə bildirib.

"Burada iştirak edən parlamentarilər COP29-un keçirilməsinə və iqlim dəyişikliyi ilə mübarizədə həll yollarının axtarılmasına sadiqliyinə görə Azərbaycana minnətdarlıqlarını bildirirlər", - o qeyd edib.

T.Ekson vurğulayıb ki, iqlim dəyişikliyi müasir dövrün əsas çağırışlarından biridir, çünki onun mənfi nəticələri insanların həyatının bütün aspektlərinə təsir göstərir. O, Paris Sazişinin qəbulundan sonra IPU-nun iqlim, eləcə də qanunvericilik təşəbbüslərini dəstəklədiyini vurğulayıb.

Seçilən
1
2
publika.az

8Mənbələr