AZ

Anasını xüsusi amansızlıqla öldürdü, hakimə dəli olduğunu dedi

Anasını xüsusi amansızlıqla öldürən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hakimə dəli olduğunu bildirib.

Təqsirləndirilən şəxs Kamran Şükürzadə barəsində məhkəmə prosesi başlayıb və onun şəxsi məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Kamran Şükürzadə epilepsiya xəstəsidir və psixi problemləri olub. Həmçinin, o, ailəsindən boşanıb və iki azyaşlı uşağının himayəsini daşıyır. Cinayət işində zərərçəkənin hüquqi varisi kimi Kamran Şükürzadənin bacısı Aytekin Həsənova tanınıb.

Qeyd edək ki, qətl hadisəsi iyul ayında Qaradağ rayonu ərazisində baş verib. 34 yaşlı Kamran Şükürzadə şəxsi münasibətlər zəminində 57 yaşlı anası Aybeniz Şükurovanı bıçaqlayaraq xüsusi amansızlıqla öldürüb. Hadisədən sonra o, könüllü şəkildə polisə təslim olub.
 
 
 

 

Seçilən
21
1
7news.az

7Mənbələr