AZ

Mətbuat Şurasından APA-ya 20 illik yubiley təbriki

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti APA-nı fəaliyyətə başlamasının 20 illik yubileyi münasibəti ilə təbrik edir .

“İki sahil” xəbər verir ki,  təbrikdə işini zamanın tələbinə uyğun qurmağı bacaran və inkişaf edən, obyektivliyi, dəqiqliyi və operativliyi fəaliyyətinin əsas meyarı kimi müəyyənləşdirən media orqanlarımızdan birinin də APA olduğu qeyd edilir.  Bildirilir ki, APA ötən 20 ildə nəinki Azərbaycanın media məkanında, ümumən ictimai mühitində oturuşmuş mütəhərrik struktura çevrilib.

Etibarlı informasiya daşıyıcısı olan APA-nın media brendinə çevrilməsi heç də asan başa gəlməyib. Təcrübəsini və yaradıcılıq keyfiyyətlərini yüksək təşkilatçılıq qabiliyyəti ilə çulğalaşdıran dəyərli həmkarımız Vüsalə Mahirqızı və onun komandası bugünkü səviyyəyə çatmaq üçün çox çalışıb, bir çox çətinliklərdən keçib. Nəticə göz qabağındadır – ölkəmiz hazırkı qloballaşma dövründə informasiya amilinə həssas yanaşan APA kimi peşəkar media orqanına malikdir.

Ötən müddətin nailiyyətləri növbəti uğurlar üçün real təminat və bazadır. APA belə bir bazanı, gələcək üçün təminatı formalaşdırmağı bacararaq, böyük ailəyə - APA Holdinqə çevrilib, daima media fəaliyyətinə, ümumən yaradıcılığa çoxşaxəli yanaşmanı, rəngarəngliyi rəhbər tutub. Əminliklə demək olar ki, böyük APA ailəsi, eyni zamanda, əsl jurnalistika məktəbi, media cameəsinə, bütövlükdə isə cəmiyyətə nümunədir.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti hər zaman peşə dəyərlərinə sadiq qalan nümunəvi qələm sahiblərinin çalışdığı APA-nı fəaliyyətə başlamasının 20 illik yubileyi münasibəti ilə təbrik edir, onun bütün kollektivinə - rəhbərliyinə və hər bir əməkdaşına səmimi diləklərini çatdırır, peşəkar fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır.

"İki sahil"in kollektivi olaraq APA-da çalışan həmkarlarımızı təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayırıq.

Seçilən
20
4
ikisahil.az

5Mənbələr