AZ

Millimizin müdafiəçisi komandasını dəyişməyəcək - İsveç klubu istəyirdi

Azərbaycan milli komandasının və “Radomiak”ın müdafiəçisi Rahil Məmmədova İsveç klubundan təklif gəlib. Belə ki, yüksək liqa təmsilçisi “Myalbü” Məmmədovu qışda heyətinə qatmaq istəyib.

Sportal.az saytına verilən məlumata görə, müdafiəçi qışda komandasını dəyişmək istəməyib. Belədə, o, İsveçə yollanmaq variantından imtina edərək “Radomiak”da qalmağa üstünlük verib.

28 yaşlı futbolçunun Polşa klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Əlavə edək ki, “Radomiak” mövsümün sonunda aşağı liqaya düşərsə, Rahil komandadan ayrılaraq azad agent statusuna malik olacaq.

“Radomiak” 15 turdan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.

 

saytlarin hazirlanmasi

Seçilən
58
sportal.az

1Mənbələr