AZ

Həmas Trampdan kömək istəyir

Həmas rəsmisi İsraillə atəşkəsə hazır olduqlarını açıqlasa da, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı təcavüzə son qoymaq üçün İsrailə təzyiq etməyə çağırıb.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Qeyd edilib ki, HƏMAS Siyasi Bürosunun üzvü Bassem Naim ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın İsraillə münaqişələrdə addımlar atmalı olduğunu vurğulayıb. O, Trampı təcavüzə son qoymaq üçün İsrailə təzyiq göstərməyə çağırıb.

Fransa Xəbər Agentliyinə açıqlama verən HƏMAS Siyasi Bürosunun üzvü Bassem Naim bildirib: 

"HƏMAS atəşkəs təklifinin təqdim edilməsi və İsrail tərəfindən hörmət edilməsi şərti ilə Qəzza zolağında atəşkəs əldə etməyə hazırdır".

Əli Hüseynov

Seçilən
25
2
bakivaxti.az

3Mənbələr