AZ

Bəzi fermerlərə 8000 manat subsidiya veriləcək

Yeni salınacaq intensiv armud bağlarına görə fermerlərə hər hektara 8000 manat dövlət dəstəyi veriləcək.

Valyuta.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi (KTN) məlumat yayıb.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan armud bağlarının hər hektarına görə, fermerlərə 8000 manat əkin subsidiyası veriləcək.

Armud bağlarına birdəfəlik əkin subsidiyasının Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 250 metrdən hündür ərazilərdə, ən azı 3 hektar sahədə salınacaq bağlara verilməsi nəzərdə tutulur.

Bu kateqoriyadan olan armud bağları müasir suvarma sistemləri ilə təchiz olunmalı, hər hektarda ən azı 2450 sertifikatlı ting əkilməlidir.

Qeyd olunan tarixlərdə salınan, lakin qeyd olunan tələblərdən ən azı birinə cavab verməyən armud bağlarına görə isə hər hektara 800 manat əkin subsidiyası verilməsi nəzərdə tutulur.

2021-ci il sentyabrın 1-dən əvvəl salınmış armud bağlarının hər hektarına görə 310 manat subsidiya ayrılacaq.

Qeyd edək ki, intensiv bağlarının sahəsi artdıqca, xarici bazarlara meyvə ixracında da artım qeydə alınır.

Bu ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 48 milyon dollar dəyərində 75,156 ton alma, armud və heyva ixrac olunub.

Seçilən
18
14
valyuta.az

10Mənbələr