AZ

Meksika millisinin baş məşqçisi oyun zamanı başından yaralanıb

Meksika millisinin baş məşqçisi Xavyer Aqirre oyun zamanı başından yaralanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, tribunadan atılan pivə bankası onun başına dəyib.

Hadisə KONKAKAF Millətlər Liqasının 1/4 finalında, Honduras ilə oyun (0:2) zamanı baş verib.

Meksika Futbol Federasiyası Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələrinin Futbol Konfederasiyasından (KONKAKAF) hadisə ilə bağlı təcili və qəti tədbirlər görməyi tələb edib.

Seçilən
61
3
report.az

4Mənbələr