İri şirkətlər ən böyük çirkləndirici olaraq dünyanın dağıdıcılarıdır.
Bunu Albaniya parlamentinin sədri Elisa Spiropali COP29 "Yaşıl zona"sında keçirilən Parlament Görüşündəki "İqlim dəyişikliyinin real təsirini anlamaq" adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, hər kəs öhdəlik götürmək üçün hazır olmalıdır:
"İqlim dəyişikliyi problemi getdikcə böyük vüsət almağa başlayıb. Parlament nəzarətini artırmalı və beynəlxalq əlaqələrdə dialoqu gücləndirməlidir".