AZ

COP29 baş danışıqçısının müavini: Paris Sazişinin 6-cı maddəsi üzrə bir çox razılaşmalar əldə olunub

COP29 çərçivəsində Paris Sazişinin 6-cı maddəsi üzrə bir çox razılaşmalara nail olunub.

“Report” xəbər verir ki, bunu COP29 baş danışıqçısının müavini Samir Becanov COP29 sədrliyinin mətbuat konfransında bildirib.

"Tərəflərin təqdim etdiyi vədlər və hesabatlar, xüsusilə enerjinin saxlanma həcmlərinin 6 dəfə artırılmasının zəruriliyi müsbət qiymətləndirilib", - o qeyd edib.

S.Becanov, həmçinin deyib ki, bu gün COP29 çərçivəsində tərəflərin iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə texnologiyalardan istifadə etməsinin məcburi olacağı Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunub:

"Bəyannamə artıq 90-dan çox hökumət və rəqəmsal texnologiya cəmiyyətinin 1000 nümayəndəsi tərəfindən dəstəklənib".

Seçilən
12
3
report.az

4Mənbələr