AZ

Fransanın müxalifət lideri üçün SİYASİ ÖLÜM

Fransanın ultra sağçı Milli Birlik partiyasının parlament fraksiyasının sədri və sabiq prezidentliyə namizəd Marin Le Penin Avropa İttifaqının (Aİ) vəsaitlərini sui-istifadə etməkdə ittiham olunur.

 

Modern.az-ın məlumatına görə, prokurorlar məhkəmə prosesində onun 3 ili şərti olmaqla 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

 

Məhkəmə qərar verərdə, Le Penin prezidentliyə namizədliyi qadağan ediləcək. Fransalı siyasətçi təqsirli bilinərsə, qərardan apellyasiya şikayəti verə biləcək.

 

Le Pen TF1 kanalına açıqlamasında tələb edilən cəzanın qəbul edilməsinin özü üçün "siyasi ölüm" olacağını bildirib.

 

"Prokurorun tələbi son dərəcə ağırdır, çünki o, tələb olunan digər oxşar ittihamlarla müqayisə olunmayan bir cəza tələb edir və mənim siyasi ölümümü tələb edəcək qədər irəli gedir", - o qeyd edib.

 

Le Pen bu cəzanın partiyanı məhv etmək üçün nəzərdə tutulduğunu iddia edib.

 

Məlumata görə, Le Penin noyabrın 27-dən əvvəl hakim qarşısında müdafiə çıxışı etməsi və yekun qərarın 2025-ci ilin əvvəlində açıqlanması gözlənilir.

Seçilən
5
modern.az

1Mənbələr