AZ

Şərur Regional Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - Açıqlama

Şərur Regional Tibb Mərkəzinin Doğuş şöbəsinin ləğv edilməsi ilə bağlı iddialar yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, Tns.az-ın məlumatına görə, “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsin baş həkimi Günel Abdinova doğuş şöbəsindəki tibbi avadanlıqları, küvəzləri xəstəxanadan çıxartdırıb, şöbənin isə ləğv edildiyini bildirib.

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, bu məlumat həqiqəti əks etdirmir, həmin şöbə fəaliyyətini davam etdirir.

Seçilən
44
2
qafqazinfo.az

3Mənbələr