AZ

Məşhur yazıçı sosial şəbəkə hesabını bağlayıb

Məşhur amerikalı qorxu yazıçısı Stiven Kinq sosial media platformasının X-dən ayrıldığını elan edib.

NOCOMMENT.az xəbər verir ki, yazıçı İlon Maskın rəhbərlik etdiyi sosial platformanın “olduqca toksik – zəhərli” olduğunu qeyd edib.

Yazıçı əvvəllər X-in sahibi Elon Maskın onu təhqiredici şəxsi şərhinə görə qovduğunu təkzib etmişdi.

X-də paylaşım edən “Dəhşət Kralı” ləqəbli Kinq bunlar deyib: “Twitter-dən (hazırkı X) ayrılıram. Qalmağa çalışdım, amma atmosfer həddindən artıq zəhərli oldu”.

Stiven Kinq əlavə edib ki, pərəstişkarları onu Mark Zukerberqin Meta-nın başlatdığı rəqib platforma olan Threads-də izləyə bilərlər.

Seçilən
51
nocomment.az

1Mənbələr