AZ

Azərbaycan iqtisadiyyatı 5 % böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 103 milyard 495,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsi xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 % qeyri neft-qaz sektorunda isə 6,8 % artıb.

ÜDM istehsalının 37,1 %-i sənaye, 10 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,3 %-i tikinti, 6,2 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 19,2 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10 %-ni təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
39
17
banco.az

10Mənbələr