AZ

Həmrəylik olmadan yaşıl dünya mümkün deyil-Özəl

"Azərbaycan kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin qarşılaşdığı problemləri görür və onlara dəstək olmağa çalışır. Bizim şüarımız da yaşıl dünya naminə həmrəylikdir. Biz bunu əməlimizlə göstərməyə çalışırıq. Həmrəylik olmadan yaşıl dünya mümkün deyil. Səsi ən az çıxan, təhlükəyə ən çox məruz qalanları bu prosesə cəlb etmək bizim əsas hədəflərimizdəndir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədob deyib: 
"Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişikliyi ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Ölkəmizin COP29 tədbirinə ev sahibliyini yüksək səviyyədə təşkil etməsi, respublikamızın  iqlim dəyişikliyinə necə həssas yanaşdığını əyani şəkildə nümayiş etdirir. O cümlədən Azərbaycan kiçik ada dövlətlərinin problemlərini yaxşı anlayır və onlara dəstək verməyə hazırdır. Həmin ölkələri təhdid edən məsələlərlə bağlı COP29 çərçivəsində də geniş müzakirələr aparılmaqdadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
41
olaylar.az

1Mənbələr