AZ

Yol qəzalarında ölənlərin sayı azalıb - Rəsmi statistika

Yol qəzalarında ölənlərin sayı azalıb - Rəsmi statistika2024-cü ilin yanvar-sentyabr aylarında 1031 və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 13,7 faiz azalaraq 1434 nəfər olub.

Onlardan 520-si həlak olub, 914-ü isə yaralanıb. Hadisələrin 41,0 faizi gündüz, 40,6 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş vermiş, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 86,5 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 16,1 faiz azalaraq 381 nəfər, yaralananların sayı isə 13,3 faiz azalaraq 851 nəfər olub.

Seçilən
51
13
sonxeber.az

10Mənbələr