AZ

"Southern Company": Karbon emissiyalarının tutulması üçün tənzimləməyə ehtiyac var

Karbon emissiyalarının tutulması üçün tənzimləməyə ehtiyac duyulur.

"Report" xəbər verir ki, bunu "Southern Company" şirkətinin vitse-prezidenti Mark Berri COP29 çərçivəsində keçirilən "Karbon emissiyalarının tutulması: Daha təmiz gələcək üçün innovasiya" tədbirində bildirib.

Onun sözlərinə görə, sıfır karbon emissiyası ilə bağlı öhdəliklərin yerinə yetirilməsində texnoloji innovasiyalar mühüm əhəmiyyət kəsb edir: "Məhz müxtəlif texnoloji seçimlər hədəflərimizə çatmağa yardım göstərəcək. Hesab edirik ki, karbon tutulması bunlardan biridir. Odur ki, biz 2006-cı ildə karbon tutulmasına dair tədqiqat proqramına start vermişik. Ümumiyyətlə, karbon emissiyalarının tutulması üçün texnologiyaya və onu saxlamaq üçün yerə ehtiyac var. Məsələn, ABŞ-nin cənub-şərq hissəsi bunun üçün lazımi şəraitə malikdir".

Seçilən
56
report.az

1Mənbələr