17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.
QOL.az xəbər verir ki, 6-cı qrupda yer alan millimiz Yunanıstan yığması ilə üz-üzə gəlib. Rumıniyanın “Tunari” stadionunda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim idarə edib. Matçda Yunanıstan böyük hesabla qalib gəlib - 3:0.
Qeyd edək ki, İlham Yadullayevin baş məşqçisi olduğu U-17 ilk oyunda Macarıstana 0:4 hesabı ilə məğlub olub.
16 noyabr
14:00. Yunanıstan (U-17) - Azərbaycan (U-17) - 3:0
Qollar: İonnau, 47, Souvlatzis, 59, Kapellas, 71
Baş hakim: İon Orlic (Moldova)
Baş hakimin köməkçiləri: Vadim Vikol (Moldova), Adrian Vorniçu (Rumıniya)
Dördüncü hakim: Vlad Baban (Rumıniya)
"Tunari" stadionu.
Macarıstan - Rumıniya - 0:0
Xallar: Yunanıstan - 6, Macarıstan - 4, Rumıniya - 1, Azərbaycan - 0.