AZ

Azərbaycan öz Milli Səviyyədə Müəyyən Olunmuş Töhfəsinin hazırlanmasının son mərhələsindədir

Azərbaycan öz Milli Səviyyədə Müəyyən Olunmuş Töhfəsinin (NDC)​ hazırlanmasının son mərhələsindədir.

“Trend” xəbər verir ki, bunu COP29 baş danışıqçısının müavini Samir Becanov COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

“Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr (NDC) Paris Sazişinin əsasını təşkil edir. Sədrliyimiz çərçivəsində cari il üçün ümumi plan hazırlayarkən, iddiaların artırılması və fəaliyyətlərin dəstəklənməsi istiqamətində NDC-ləri Gücləndirilmiş İddialar Sütununun əsas elementlərindən biri kimi qeyd etdik.

Bu aylar ərzində biz COP29-un sədr heyəti olaraq, həmçinin, COP28-in BƏƏ-dən olan sədr heyəti və COP30-un gələcək sədr heyəti – Braziliya ilə birlikdə tərəflər və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək bu prosesi dəstəkləmişik.

Bildiyiniz kimi, NDC-lərin təqdim olunması üçün son tarix 2025-ci ilin fevral ayına təyin edilib və biz bütün tərəfləri öz NDC-lərini təqdim etməyə bir daha çağırırıq. Biz, COP29-un sədr heyəti olaraq, öz NDC-mizin hazırlanmasının son mərhələsindəyik.

Qeyd etmək lazımdır ki, NDC-nin hazırlanması çox mürəkkəb, çoxsektorlu bir prosesdir və bu prosesdə bir çox nazirlik və maraqlı tərəflər iştirak edir. Bizim fikrimizcə, təqdimat üçün müəyyən edilmiş tarixlərdən əlavə, nəzərə alınmalı olan digər mühüm aspekt NDC-lərin keyfiyyətidir”, - deyə Becanov bildirib.

Seçilən
24
1
oxumeni.az

2Mənbələr