AZ

COP29-un prezidenti: Yeni maliyyə strukturu ədalətli olmalıdır

COP29 Paris Sazişinin məqsədlərinə nail olmaqda kollektiv irəliləyişin həqiqi göstəricisi olacaq.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev Bakıda iqlim konfransı çərçivəsində keçirilən \"Sədrliyin QHT nümayəndələri və tərəflərlə açıq dialoqu\" adlı tədbirdə bildirib.

\"Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) ilə bağlı mühüm nəticənin təmin edilməsi çox vacibdir. Bu, iqlim dəyişikliyi ilə mübarizə üzrə səmərəli tədbirləri stimullaşdıracaq, maliyyə sistemi ədalətli olmalı, iqlim dəyişikliyinə qarşı daha çox həssas olanların ehtiyaclarını qarşılamalıdır\", - o bildirib.

M.Babayevin sözlərinə görə, maliyyənin yerli xalqlara, cəmiyyətlərə, qadınlara və iqlim böhranının ön cəbhəsində olan bütün həssas qruplara çatmasını təmin etmək lazımdır. Heç kimin unudulmaması üçün insan hüquqlarına əsaslanan yanaşma lazımdır. Bugünkü dialoq sadəcə problemlərin üzə çıxarılması demək deyil.

\"Bizə həm də həyata keçirilə bilən həllər lazımdır. Bazarın şəffaflığını artırmaqla və daha güclü yerli maliyyə sistemləri yaratmaqla lazımi miqyasda iqlim fəaliyyətini təmin edən səmərəli maliyyə landşaftı yarada bilərik. Hamını bu dialoqda fəal şəkildə iştirak etməyə çağırıram\", - COP29-un prezidenti bildirib.
Seçilən
13
15
azxeber.com

10Mənbələr