AZ

Azərbaycan xaricə tolerantlıq İXRAC EDİR

Hər il 16 noyabr tarixində qeyd olunur. Bu beynəlxalq gün YUNESKO-nun "Dözümlülük prinsipləri bəyannaməsi"ndə təntənəli şəkildə elan edilib. Bəyannamə 1995-ci ildə YUNESKO-nun 28-ci Baş Konfransında təsdiq edilib.

 

Mövzu ilə bağlı Modern.az-a danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycan dünyada tolerantlıq, multikultural ənənələrin qorunması baxımından nümunədir:

 

“Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri bir yerdə yaşayır, Azərbaycanın inkişafı üçün çalışırlar. Ölkəmizdəki mənzərəyə baxanda Azərbaycan tolerantlığını görə bilirik. Bakının mərkəzində məscidlərlə yanaşı 3 provaslas və 1 katolik kilsəsi, 2 yəhudi sinaqoqu, Qubada yerləşən Qırmızı qəsəbədə bir neçə yəhudi sinaqoqu, Gəncədə və Oğuzda kilsə və sinaqoq yerləşir. Bütün bunlar Azərbaycanın real mənzərəsini əks etdirir. Azərbaycan dövləti təkcə onların etiqad azadlığını təmin etmir, eyni zamanda onlara hər il dövlət büdcəsindən maliyyə yardımı da ayrılır. Azərbaycanda olan ayrı-ayrı ölkələrin dini liderləri, səfirlər dəfələrlə ölkəmizin bu reallığı haqqında bildiriblər ki, Azərbaycanın xaricə ixrac edə biləcəyi sərvətlərdən  biri də onun tolerantlığı və multikultiralizm siyasətidir. Bu nümunədən bütün dünya danışır.

 

Millət vəkilinin sözlərinə görə, dünyanın ayrı-ayrı yerlərində yəhudilərin, xristianların, müsəlmanların ayrı ibadət yerləri olur:

 

“Yəni dini etiqadı fərqli olan insanlar bir-biri ilə görüşmür, bəzən aralarında mübahisə olur. Azərbaycanda isə bu yoxdur, ölkəmizdə nə sinaqoqlar nə də kilsələr polis tərəfindən qorunur. Tolerantlıq, digər dinlərə münasibət Azərbaycan xalqının qanına hopmuş, həyat tərzinə çevrilmiş məsələdir. Burada əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab İlham Əliyev tərəfindən davam etdirilən siyasətin böyük rolu var. Biz Azərbaycanda bu ənənələrin qorunduğunun şahidiyik. İlham Əliyev COP29 tədbirinin açılışında da bu məsələyə toxundu. Bu gün gələcək nəslin qarşısında duran əsas vəzifələrdən biri də bu ənənənin qorunmasıdır. Onu da qeyd edək ki, Azərbaycan bu prosesə yalnız bizim ölkəmizdə yox, dünyanın müxtəlif ölkələrində də töhfə verir. Roma katolik kilsəsinin, Katakombaların, Serbiyada və digər ölkələrdə ibadət yerlərinin təmiri və onlara diqqət göstərilməsi xalqımızın bu məsələlərə qayğı ilə yanaşdığını göstərir. Bu bizim zəngin tariximizin bir parçasıdır”.

Seçilən
27
modern.az

1Mənbələr