AZ

Qəzzadakı alov Avropaya yayılır: Fransa-İsrail matçında qarşıdurma - FOTO

İsrailin Qəzzadakı qətliamına etiraz olaraq Fransada keçirilən Fransa-İsrail futbol oyunu, geniş təhlükəsizlik tədbirlərinə baxmayaraq, azarkeşlər arasında gərginlik və boykotla müşayiət olunub.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, matç Fransa milli komandasının tarixində ən az iştirakçı olan oyun kimi qeydə alınıb.

Belə ki, stadionda oyunu cəmi 13 min tamaşaçı izləyib. Matç zamanı azarkeşlər arasında dava-dalaş baş verib, İsrailin milli himni fit səsi ilə qarşılanıb. Stadionun xaricində isə yüzlərlə etirazçı "Yaşasın Fələstin xalqının mübarizəsi", "Parisdən Qəzzaya dəstək" və "Azad Fələstin" şüarları səsləndiriblər. Etirazçılar İsrailin Qəzzadakı hücumları davam etdiyi halda, Prezident Emmanuel Makronun oyunun keçirilməsinə icazə verməsinə sərt reaksiya göstəriblər.

Qeyd olunur ki, Hollandiyanın Amsterdam şəhərində "Ayaks" - "Makkabi" oyununda yaşanan qarşıdurmaların ardından, Fransada UEFA Millətlər Liqası çərçivəsində təşkil edilən matç da ciddi təhlükəsizlik tədbirləri altında keçirilib.

Fransa hökuməti, matç öncəsi təhlükəsizlik üçün pilotsuz uçuş aparatları və helikopterlərdən istifadə edib. Oyuna 4 min polis, 1400 stadion işçisi cəklb edilib. Ətrafdakı mağazalar bağlanıb. Lakin, buna baxmayaraq, stadion daxilində rəqib azarkeşlər arasında qarşıdurmalar yaşanıb.

Lalə, BakuPost



Seçilən
26
bakupost.az

1Mənbələr