Türkiyədə 3.9 maqnitudalı zəlzələ olub. Bu barədə AFAD məlumat yayıb. Zəlzələnin Aralıq dənizində baş verdiyi qeyd edilib. Dağıntı və tələfat barədə məlumat verilməyib.