AZ

Medianın İnkişafı Agentliyində Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib

Yazını böyüt
Yazını kiçilt

Noyabrın 16-da Medianın İnkişafı Agentliyində COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.

MEDİA-dan bildiriblər ki, görüş zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində informasiya və təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, tərəfdaşlığın qurulması ilə bağlı bir sıra məsələlərə toxunub, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” çərçivəsində müvafiq sahəyə məsul qurumlar və media subyektləri arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirəsinin vacibliyini vurğulayıb.

Çin Qitələrarası Kommunikasiya Mərkəzinin direktor müavini Cui Binzhen isə hər iki ölkə arasında sözügedən sahədə mövcud potensialın artırılması üçün müxtəlif platformalar vasitəsilə əlaqələrin dərinləşdirilməsinin, jurnalistlər və media mütəxəssisləri arasında birgə təlim proqramlarının həyata keçirilməsinin vacibliyini bildirib, dezinformasiyanın yayılmasına qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Görüşdə hər iki tərəfi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
56
24
hafta.az

10Mənbələr