AZ

İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əl-Əzhərin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyib Həzrətlərinə başsağlığı məktubu ünvanlayıb.

AZXEBER.COM President.az-a istinadən bildirir ki, məktubda deyilir:

\"Zati-həzrətləri,

Ailənizə üz vermiş ağır itki - bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!\"
Seçilən
28
49
azxeber.com

10Mənbələr