AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində noyabrın 16-da Azərbaycan Televiziyasına açıqlamasında deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikası ilk növbədə, inklüziv, ədalətli və tam şəffaf şəkildə nəticəyönümlü danışıqlara və COP-un gündəliyində duran, COP29-un mahiyyətini təşkil edən iqlim maliyyələşməsi ilə əlaqədar mövzulara yaxından töhfə verəcəyini COP-un sədrliyini üzərinə götürdüyü andan etibarən açıq şəkildə bəyan edib:
"Prezident İlham Əliyev bu prosesdə Azərbaycanın mövqeyini və bütövlükdə iqlim diplomatiyası ilə əlaqədar ölkəmizin baxışını çıxışında açıq şəkildə ifadə etdi. Dövlətimizin başçısının çıxışı dünya mediası, COP-da iştirak edən çoxsaylı ekspertlər və xarici ölkələrin nümayəndələri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Prezident İlham Əliyev tərəfindən digər məsələlərdə olduğu kimi, bu məsələdə də beynəlxalq ictimaiyyətlə açıq və səmimi dialoq həyata keçirildi ki, biz yaşıl transformasiya barəsində yalnız ümumi sözlərlə danışmaqla iqlim problemini qlobal miqyasda həll etmiş olmuruq. Dünyada əsas çirkləndirici faktorlar, ölkələr var. COP-u keçirən ölkələrə münasibətdə aparılan feyk xəbər və propaqanda xarakterli çirkin kampaniyaları, tendensiyaları kənara qoyaraq, əsas çirkləndirici faktorların miqyası və ölkələrin tutduqları rol barədə açıq və səmimi danışmaq lazımdır. Ona görə də Azərbaycan Prezidentinin tezisləri aparılan müzakirələrdə ana xətti müəyyən edən istiqamətlərdən biridir və bu, dünyanın mütləq əksəriyyətinin fikirləri ilə üst-üstə düşməklə yanaşı, xüsusilə inkişaf etməkdə olan ölkələrin baxışlarını əks etdirir".
10Mənbələr
-
olaylar.azPrezident İlham Əliyevin COP29-da səsləndirdiyi tezislər xüsusilə inkişaf etməkdə olan ölkələrin baxışlarını əks etdirir - Hikmət Hacıyev ( 13094344)
-
az.trend.azHikmət Hacıyev: Prezident İlham Əliyevin COP29-da səsləndirdiyi tezislər xüsusilə inkişaf etməkdə olan ölkələrin baxışlarını əks etdirir ( 13093897)
-
aia.az"İlham Əliyev beynəlxalq ictimaiyyətlə açıq və səmimi dialoq həyata keçirdi" - Hikmət Hacıyev ( 13092241)
-
adalet.az"İlham Əliyev beynəlxalq ictimaiyyətlə açıq və səmimi dialoq həyata keçirdi" - Hikmət Hacıyev ( 13092199)
-
ucnoqta.az“İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi” - Hikmət Hacıyev ( 13091587)
-
demokrat.azHikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi" ( 13090687)
-
avtosfer.az"İlham Əliyev beynəlxalq ictimaiyyətlə açıq və səmimi dialoq həyata keçirdi" - Hikmət Hacıyev ( 13089898)
-
cebheinfo.azHikmət Hacıyev: "Dünyada əsas çirkləndirici faktorlar, ölkələr var" ( 13089565)
-
sia.azPrezidentin səsləndirdiyi tezislər xüsusilə inkişaf etməkdə olan ölkələrin baxışlarını əks etdirir - Hikmət Hacıyev ( 13089229)
-
bizim.mediaHikmət Hacıyev: "Prezidentin tezisləri Paris razılaşmalarının mahiyyətinə və fəlsəfəsinə tamamilə uyğundur" ( 13089379)